“Balaca həmkarlar” layihəsi beynəlxalq mükafata layiq görülüb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin həyata keçirdiyi "Balaca həmkarlar" layihəsi beynəlxalq mükafata layiq görülüb.
Layihə ABŞ-da keçirilən “Communitas Awards 2026” beynəlxalq müsabiqəsində "Təşkilatın xüsusi proqramı" nominasiyası üzrə Platinum mükafatı ilə təltif olunub.
“Communitas Awards” 2010-cu ildən etibarən icma xidməti və sosial məsuliyyət sahəsində fərqlənən təşkilatları qiymətləndirən beynəlxalq mükafat proqramıdır. Müsabiqə 1995-ci ildən fəaliyyət göstərən Marketinq və Kommunikasiya Peşəkarları Assosiasiyası tərəfindən ABŞ-ın Texas ştatının Dallas şəhərində təşkil olunur.
Layihələr əhatə dairəsinə və səmərəliliyinə görə müstəqil ekspertlər tərəfindən qiymətləndirilir. 2026-cı il ərzində keçirilən müsabiqədə ABŞ, Türkiyə, İndoneziya, Tailand, Qətər və digər ölkələrdən təşkilatlar iştirak edib. Ötən illərdə Azərbaycandan da müxtəlif dövlət qurumları və özəl təşkilatlar ayrı-ayrı nominasiyalar üzrə mükafat qazanıb.
Mənbə: https://ahik.org/az/news/view/956/balaca-hemkarlar-layihesi-beynelxalq-mukafata-layiq-gorulub




Comments