“Bakcell Peerstack Academy” tələbələri üçün hakaton keçirib

“Bakcell Peerstack Academy” tələbələri üçün süni intellekt üzrə hakaton keçirib.
Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli çatbot hazırlayıblar. Komandalar süni intellekt alətləri, düzgün sorğu hazırlama və proqramlaşdırmadan istifadə edərək ideyalarını real layihəyə çeviriblər.
İştirakçılar layihələr üzərində işləyərkən “Claude”, “Google Colab”, “Hugging Face”, “Ollama”, “Gradio” və “Streamlit” kimi ödənişsiz alətlərdən istifadə ediblər. Final mərhələsində komandalar hazırladıqları çatbotları təqdim edərək istifadə etdikləri üsul və texnologiyalar barədə məlumat veriblər.
Layihələr funksionallıq, düzgün sorğu hazırlama, məlumatlardan düzgün istifadə, kodun yoxlanılması, istifadəçi təcrübəsi və təqdimat meyarları əsasında qiymətləndirilib.
Hakatonun sonunda fərqlənən iştirakçılar “Bakcell” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.
Mənbə: https://azertag.az/xeber/_bakcell_peerstack_academy_telebeleri_uchun_hakaton_kechirib-4403224
P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum




Comments