Azərbaycan Deflimpiya Komitəsi və PAŞA Həyat Sığorta arasında sponsorluq və tərəfdaşlıq müqaviləsi imzalanıb
2 hours ago
1 min read

Əməkdaşlıq çərçivəsində PAŞA Həyat Sığorta Azərbaycan Deflimpiya Komitəsinin fəaliyyətinə, eləcə də ölkəmizdə eşitmə məhdudiyyəti olan şəxslər arasında idmanın inkişafına dəstək göstərəcək.
Müqavilə “Azərbaycan Deflimpiya Komitəsi” İB-nin İdarə Heyətinin sədri Anar Bayramov və “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova tərəfindən imzalanıb.
Bu tərəfdaşlığın inklüziv idmanın inkişafına, idmançıların yeni imkanlar əldə etməsinə və onların uğurlarının dəstəklənməsinə töhfə verəcəkdir.




Comments