top of page

“İdman hər kəs üçün bərabər imkan olmalıdır” - PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova

22 minutes ago
2 min read
“Sport should be an equal opportunity for everyone” – Ulviyya Jabbarova, Chairperson of the Management Board of PASHA Life

— PAŞA Həyat üçün sosial məsuliyyət nə deməkdir? Bu istiqamətdə strategiyanız necə qurulub?


— Həyat sığortası mahiyyətcə insanın bu gününə və sabahına verilmiş sözdür. Bu sözü yalnız müqavilə ilə deyil, cəmiyyətdə gördüyümüz işlə də tutmalıyıq. Bu il həyata keçirdiyimiz “Güclüsən” layihəsi də, bu çempionata dəstəyimiz də həmin strategiyanın davamıdır. Biz tək-tək tədbirlər deyil, ardıcıl və uzunmüddətli təsir yaratmağa çalışırıq.


— Niyə məhz eşitmə məhdudiyyətli idmançıların çempionatı?


— Çünki inklüzivlik sözlə deyil, imkan yaratmaqla olur. Bu idmançılar peşəkar idmanın bütün tələblərini qarşılayır: eyni məşq yükü, eyni intizam, eyni qələbə əzmi. Lakin onların uğurları çox vaxt daha az görünür. Cüdo isə hörmət, dözümlülük və özünə inam idmanıdır. Bu dəyərlər bizə çox yaxındır. Baş sponsor olmaqla bu idmançıların səsini daha geniş auditoriyaya çatdırmaq istəyirik.


— Sponsorluq nələri əhatə edir?


— Biz çempionatın baş sponsoruyuq və təşkilatçıları yarışın yüksək səviyyədə keçirilməsində dəstəkləyirik. Amma bizim üçün əsas olan maddi töhfə deyil, iştirakdır. Bağlanış mərasimində medalları qaliblərə biz təqdim edəcəyik. Əməkdaşlarımız da tribunalarda olacaq və idmançıları dəstəkləyəcək.


— Bu çempionatın Bakıda keçirilməsi nə ifadə edir?


— Azərbaycan artıq böyük beynəlxalq yarışların etibarlı ev sahibidir. Avropa miqyaslı bu çempionatın Bakıda keçirilməsi ölkəmizin inklüziv idmana açıq olduğunu da göstərir. Bizim üçün bu prosesin bir hissəsi olmaq qürurvericidir.


— Bu istiqamətdə gələcək planlarınız nədir?


— Bu çempionat bizim üçün birdəfəlik təşəbbüs deyil. Məqsədimiz odur ki, idmanın və sağlam həyatın imkanları hər kəs üçün bərabər olsun.


— Azərkeşlərə nə demək istərdiniz?


— Noyabrın 11–12-də Bakı Əl Oyunları Sarayında idmançılarımızı birlikdə dəstəkləyək. Bu yarışda alqışı eşitmək olmur, amma görmək olur. Doluluq, bayraqlar, əl hərəkətləri idmançılara ən böyük dəstəkdir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page