top of page

"Azersun Holding" markaları uşaqları "Yenidən məktəbə" festivalına dəvət edir

1 day ago
2 min read

Sentyabrın 12-də "Park Bulvar" Alış-Veriş Mərkəzində uşaqlar üçün əyləncə və maarifləndirici proqramlardan ibarət "Yenidən məktəbə" festivalı keçiriləcək.

Yeni tədris ilinin başlanması münasibətilə "Azersun Holding"in müxtəlif markalarını bir araya gətirən "Yenidən məktəbə" festivalı sentyabrın 12-də "Park Bulvar" Alış-veriş Mərkəzində keçiriləcək. Saat 16:00-dan 20:00-dək davam edəcək festivalın əsas məqsədi uşaqların qayğısız yay tətili ilə xoş əhval-ruhiyyədə vidalaşmasına və yeni tədris ilinə yüksək motivasiya ilə başlamasına dəstək olmaqdır.

Festivalda "Azərçay", "Bizim Tarla", "Azərsüd", "Bazarstore", "Shokki Mokki", "Sun", "Qaf" və "Joyzz" markaları iştirak edəcək. Brendlər uşaqlar üçün xüsusi hazırlanmış əyləncə proqramları, oyunlar, ustad dərsləri və interaktiv fəaliyyətlər təqdim edəcəklər.

Festival proqramı uşaqların həm əylənməsi, həm də yeni bacarıqlar qazanması üçün müxtəlif fəaliyyətləri əhatə edir. Gün ərzində hədiyyəli yarışlar, sevimli qəhrəmanlarla görüş, sehrbaz şousu, şar şousu, köpük şousu, oyunlar və müxtəlif ustad dərsləri keçiriləcək.

"Yenidən məktəbə" festivalının əsas xüsusiyyətlərindən biri uşaqlar üçün əyləncəni faydalı fəaliyyətlərlə birləşdirməsidir. Ustad dərsləri və interaktiv proqramlar vasitəsilə balacalar yaradıcılıqlarını inkişaf etdirmək, yeni bacarıqlar əldə etmək və həmyaşıdları ilə birlikdə maraqlı vaxt keçirmək imkanı qazanacaqlar.

Festivalda valideynlər də diqqətdən kənarda qalmayacaq. "Valideyn Akademiyası" çərçivəsində psixoloqun maarifləndirici çıxışı keçiriləcək. Görüş zamanı uşaqların məktəbə adaptasiyası, dərsə motivasiyasının artırılması, yeni tədris ilinə emosional hazırlığı və məktəb rejiminə uyğunlaşması ilə bağlı valideynlər üçün faydalı tövsiyələr veriləcək.

Beləliklə, "Yenidən məktəbə" festivalı yeni tədris ilinə hazırlığı uşaqlar üçün sevinc, əyləncə, yaradıcılıq və yeni kəşflərlə dolu bir başlanğıca çevirməyi hədəfləyir.

"Yenidən məktəbə" festivalı sentyabrın 12-də, saat 16:00-dan 20:00-dək "Park Bulvar" Alış-veriş Mərkəzinin 3-cü mərtəbəsində keçiriləcək. Festivala giriş sərbəstdir.

"Azersun Holding" markaları bütün ailələri yeni tədris ilini birlikdə, xoş əhval-ruhiyyə və unudulmaz anlarla qarşılamağa dəvət edir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page