top of page

"Azercell Könüllüləri" Uşaqların Beynəlxalq Müdafiəsi Gününü xüsusi təşəbbüslə qeyd edib

  • 3 hours ago
  • 1 min read
"Azercell Volunteers" celebrated International Children's Day with a special initiative

Könüllülər bayram münasibətilə uşaqlar üçün maarifləndirici və əyləncəli proqram təşkil ediblər


1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Azercell Könüllüləri" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri üçün maarifləndirici və əyləncəli proqram həyata keçirib.

Tədbirin məqsədi uşaqlara qayğı və diqqət göstərməklə yanaşı, onların təhlükəsizlik sahəsində bilik və bacarıqlarının inkişafına töhfə vermək olub. Qurban bayramında uşaqlar üçün əyləncəli proqram təşkil edən Könüllülər bu dəfə onların təhlükəsizlik sahəsində bilik və bacarıqlarının inkişafına yönəlmiş maarifləndirici təşəbbüslə çıxış ediblər.

Proqram çərçivəsində 9-15 yaş aralığında olan uşaqlar üçün mülki müdafiə və təhlükəsizlik mövzusunda interaktiv təlim keçirilib. İştirakçılar gündəlik həyatda qarşılaşa biləcəkləri risklər, fövqəladə hallar zamanı düzgün davranış qaydaları və təhlükəsizlik tədbirlərinin əhəmiyyəti barədə məlumat əldə ediblər.

Təlimin davamı olaraq uşaqlar "Təhlükəsizlik uşaqların gözü ilə" adlı rəsm müsabiqəsinə qatılaraq mövzu ilə bağlı düşüncələrini yaradıcılıq yolu ilə ifadə ediblər. Öyrənmə və yaradıcılığı bir araya gətirən müsabiqə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda bütün iştirakçılara hədiyyələr təqdim olunub, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbriklər çatdırılıb.

Qeyd edək ki, "Azercell Könüllüləri" 2001-ci ildən fəaliyyət göstərir. Könüllülərin fəaliyyəti təhsil, sosial rifah və icma inkişafı istiqamətlərində həyata keçirdikləri təşəbbüslərlə cəmiyyətin həssas qruplarına dəstək göstərməyə, uşaqların və gənclərin inkişafına töhfə verməyə yönəlib.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page