top of page

“Avromed” Milli Hematologiya Mərkəzi və Talassemiya Bölməsində uşaqları ziyarət edib

  • Jun 9
  • 2 min read
"Avromed" visited children at the National Hematology Center and Thalassemia Department

Ölkənin aparıcı əczaçılıq şirkətlərindən biri olan “Avromed Company” MMC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə növbəti sosial təşəbbüsünü həyata keçirib. Şirkətin nümayəndələri bu əlamətdar gün münasibətilə Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi, həmçinin Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya Bölməsini ziyarət edərək burada müalicə alan uşaqlarla görüşüblər.

Ziyarətin əsas məqsədi uzunmüddətli müalicə prosesi keçən uşaqlara mənəvi dəstək göstərmək, onların bayram sevincini bölüşmək və diqqətə ehtiyac duyduqları bir gündə yanlarında olmaq olub. “Avromed Company” MMC-nin nümayəndələri uşaqların səhhəti və müalicə prosesi ilə maraqlanaraq onlara sağlamlıq, xoşbəxt gələcək və uğurlu həyat arzulayıblar.

Tədbir çərçivəsində uşaqlara xüsusi hazırlanmış bayram hədiyyələri təqdim olunub. Yaş qrupları və maraq dairələri nəzərə alınaraq seçilmiş hədiyyələr balacaların böyük sevincinə səbəb olub. Uşaqların səmimi təbəssümü və xoş emosiyaları tədbirə xüsusi rəng qataraq bayram ab-havasını daha da gücləndirib.

Müalicə aldıqları müddətdə uşaqların sosial və mənəvi dəstəyə ehtiyacının vacibliyini vurğulayan tibb müəssisələrinin əməkdaşları və valideynlər göstərilən diqqətə görə “Avromed Company” MMC-yə təşəkkürlərini ifadə ediblər. Bildirilib ki, bu kimi təşəbbüslər uşaqların psixoloji vəziyyətinə müsbət təsir göstərir, onların müalicə prosesinə motivasiyasını artırır və cəmiyyətin dəstəyini hiss etmələrinə imkan yaradır.

“Avromed Company” MMC üçün korporativ sosial məsuliyyət fəaliyyəti biznes strategiyasının ayrılmaz hissəsidir. Şirkət uşaqların sağlamlığını və rifahını cəmiyyətin ümumi məsuliyyəti kimi qiymətləndirir, xüsusilə həssas qruplara aid olan uşaqların sosial müdafiəsi və dəstəklənməsinə yönəlmiş layihələrə xüsusi önəm verir.

Qeyd edək ki, “Avromed Company” MMC bundan sonra da uşaqların rifahına, səhiyyə sahəsinin inkişafına və cəmiyyətin həssas qruplarına dəstək göstərən sosial layihələrin həyata keçirilməsini davam etdirəcək.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page