top of page

“Atəşgah” Sığortadan şagirdlərə “Bilik Günü” dəstəyi

2 hours ago
1 min read
“Knowledge Day” support for students from “Ateshgah” Insurance

“Atəşgah” Sığorta Şirkəti ASC 15 sentyabr – “Bilik Günü” münasibətilə ənənəvi sosial layihəsini bu il də davam etdirib. Layihənin növbəti ünvanı Masallı rayonunun Qodman kənd məktəbi olub.

Sosial təşəbbüs aztəminatlı ailələrin övladlarının yeni tədris ilinə daha inamlı və hazırlıqlı başlamalarına dəstək göstərmək məqsədi daşıyıb.

Bu məqsədlə, Masallı rayonunda fəaliyyət göstərən müxtəlif məktəblərdə təhsil alan şagirdlərə məktəb çantaları və zəruri məktəb ləvazimatları təqdim olunub. Eyni zamanda, şagirdlərin ailələrinə ərzaq məhsullarından ibarət sosial dəstək də göstərilib.

Tədbir zamanı şirkət əməkdaşları uşaqlarla bir araya gəlib, onlarla səmimi ünsiyyət quraraq yeni tədris ili münasibətilə xoş arzularını çatdırıblar. Uşaqların sevinc və təbəssümü tədbirin əsas diqqət çəkən məqamlarından biri olub.

Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti sosial məsuliyyət istiqamətində müxtəlif layihələr həyata keçirir və uşaqların təhsilinə, inkişafına və sosial rifahına yönəlmiş təşəbbüsləri dəstəkləyir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page