top of page

AMADA Zəfər Günü münasibətilə qazi övladları üçün bayram tədbiri təşkil edib

13 hours ago
1 min read
AMADA organized a festive event for the children of veterans on the occasion of Victory Day

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) “10ların təbəssümü” layihəsi çərçivəsində 8 Noyabr - Zəfər Günü münasibətilə qazi övladları üçün bayram tədbiri təşkil olunub.

Agentlikdən verilən məlumata görə, AMADA-nın təşkilatçılığı, “Smart Electronics” və “VR Bee”nin dəstəyi ilə keçirilən tədbirin açılış mərasimində agentliyin icraçı direktoru Təhminə Tağı-zadə və “Smart Electronics”in icraçı direktoru Baycan Salmanoğlu çıxış ediblər. Çıxışlarda Zəfər Gününün xalqımızın qəhrəmanlığını, birliyini və milli qürurunu təcəssüm etdirən əlamətdar gün olduğu vurğulanıb.

Uşaqlara təmiz idman dəyərləri, idmanda dürüstlük və ədalət prinsipləri, eləcə də dopinqin və narkomaniyanın insan sağlamlığına, həyatına və gələcəyinə mənfi təsirləri barədə məlumat verilib.

Tədbirin əyləncəli hissəsi “VR Bee”də davam edib. Burada uşaqlar virtual reallıq dünyasına səyahət edərək maraqlı və unudulmaz anlar yaşayıblar.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page