top of page

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!

  • Apr 18
  • 1 min read
"Career Week" at ADA University with the support of IBA!

ABB-nin tərəfdaşlıq dəstəyi ilə ADA Universitetində növbəti “Karyera Həftəsi” keçirilib. “Karyera Həftəsi”nin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etməkdir.

ADA-nın hər il ənənəvi qaydada keçirdiyi “Karyera Həftəsi”ndə müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar təşkil olunur. Bu tədbirlərdə ayrı-ayrı qurumların rəhbər təmsilçiləri də iştirak edir. Universitetin tələbə və məzunları onlarla tanış olur, işgüzar əlaqələr qururlar.

“Karyera Həftəsi”nin açılışında ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş risk inzibatçısı Aqşin Əmirov da çıxış edib. O, tələbələrə bank sektorunda karyera yolu barədə məlumat verib. Bu sahədə çalışmaq istəyən gənclər üçün faydalı ola biləcək təcrübələrini bölüşüb. ABB-nin tərəfdaşlıq dəstəyi ilə təşkil olunmuş “Karyera Həftəsi”nə 20-dən çox qurum qatılıb. Tələbələr bu qurumların təmsilçilərinin iştirakı ilə maraqlı təqdimatlar dinləyib, gələcək karyera həyatları üçün faydalı məlumatlar alıblar.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page