top of page

Şəhidlərin övladları üçün 5-ci “YAŞAT” düşərgəsi başlayıb

  • 1 day ago
  • 1 min read
The 5th "YAŞAT" camp for the children of martyrs has begun

İyunun 15-də “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, "TABİA Group"un və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə 5-ci “YAŞAT” düşərgəsinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ümumilikdə 7 həftəni əhatə edəcək layihə çərçivəsində 400-ə qədər şəhid övladı üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsinin peşəkarları və qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək.

“Lankaran Springs Wellness Resort” Hotelində təşkil olunacaq hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcək.

Düşərgələrdə şəhidlərimizin 10-11, 12-13 yaş kateqoriyasında olan övladlarının iştirakı nəzərdə tutulub.

Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və digər qonaqlar iştirak ediblər. Onlar uşaqlara düşərgə müddətində həyata keçiriləcək təşəbbüslər barədə məlumat verib və uğurlar arzulayıblar.

İlk gün düşərgə iştirakçısı Elçin Ömərovun doğum günü də qeyd olunub.

Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti, psixoloqlar tərəfindən müşayiət ediləcəklər. Psixoloqlar tərəfindən terapiyalar, o cümlədən fərdi və kollektiv görüşlər keçiriləcək.

Tərəfdaşlar: “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotel;

Sponsorlar: NEQSOL Holding, Bakcell, “Norm” ASC;

Dəstəkçilər: “Happy day cake”, “Cırtdan Entertainment” MMC, “Asterias” Təlim və İnkişaf Mərkəzi, “Circus Sea Breeze”, “Badamlı" Mineral Suları.

Media dəstəyi: AzTV, İTV, ASAN Radio/TV.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page