top of page

"Nar"ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib

11 hours ago
1 min read
"Nar" CEO undergoes training on digital technologies

Sərfəli mobil operator "Nar" DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə davamlı əməkdaşlıq çərçivəsində mərkəzin benefisiarları və "Könüllü DOST" proqramının iştirakçıları üçün "Rəqəmsal dünyanın mexanizmi: İnternet necə işləyir?" mövzusunda təlim təşkil edib. "Nar"ın baş icraçı direktoru Özgür Genc tərəfindən keçirilən təlimdə gənclər internetin necə işlədiyi və rəqəmsal texnologiyaların imkanları ilə daha yaxından tanış olublar. Təlimə ümumilikdə 100-ə yaxın iştirakçı qatılıb.

Təlim zamanı iştirakçılar cihazların şəbəkəyə necə qoşulduğu, məlumatların internet üzərindən necə ötürüldüyü və veb-səhifələrin ekranda necə açıldığı barədə məlumat əldə ediblər. Həmçinin internetin inkişafında mühüm rol oynayan texnoloji yeniliklər, veb və internet arasındakı fərq, DNS sisteminin və serverlərin funksiyası sadə və anlaşıqlı nümunələrlə izah olunub. İnteraktiv formatda keçirilən təlim iştirakçılara mövzu ətrafında düşünmək və müzakirələrə qoşulmaq imkanı yaradıb.

Təlimdən əvvəl DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari "Nar"ın baş icraçı direktoru Özgür Genci və şirkətin nümayəndələrini mərkəzin fəaliyyəti ilə tanış edib. Görüş çərçivəsində qonaqlar təlim studiyalarında yaradılan şərait və burada həyata keçirilən fəaliyyətlərlə tanış olaraq tədris prosesini izləyiblər.

"Nar" inklüzivliyi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi qəbul edir və həssas qrupdan olan gənclərin rəqəmsal imkanlardan yararlanmasını vacib hesab edir. Şirkət həyata keçirdiyi təşəbbüslərlə rəqəmsal bilik və bacarıqların inkişafına, informasiya və texnologiyalara çıxış imkanlarının genişləndirilməsinə töhfə verir. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə əməkdaşlıq da həssas qruplardan olan uşaqların rəqəmsal dünyaya daha yaxından bələd olması, yeni biliklər qazanması və inkişaf imkanlarının genişlənməsinə dəstək məqsədi daşıyır.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page