AKTA-nın tərəfdaşlığı ilə “CyberHackCon 2026” beynəlxalq konfransı keçirilib

Oktyabrın 27-də Bakıda ilk dəfə keçirilən “CyberHackCon 2026” beynəlxalq konfransı kibertəhlükəsizlik mütəxəssislərini, etik hakerləri, təhlükəsizlik tədqiqatçılarını və texnologiya rəhbərlərini bir araya gətirib.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının tərəfdaşlığı ilə baş tutan tədbirə Assosiasiyanın üzv şirkətləri “Cyberpoint” MMC, “iiTD” və “Clico” MMC sponsor kimi dəstək göstəriblər.
Konfrans çərçivəsində etik hakerlik, hücumyönümlü təhlükəsizlik, boşluqların araşdırılması, “Bug Bounty”, kibertəhdid kəşfiyyatı, rəqəmsal kriminalistika və süni intellekt təhlükəsizliyi mövzuları müzakirə olunub. Müxtəlif ölkələrdən olan ekspertlər öz təcrübə və biliklərini iştirakçılarla bölüşüblər.
“CyberHackCon 2026” Azərbaycanda kibertəhlükəsizlik icmasının inkişafına, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsinə və peşəkar əməkdaşlığın gücləndirilməsinə töhfə verən platforma kimi çıxış edib.
Mənbə: https://akta.az/az/news/akta-nin-terefdasligi-ile-cyberhackcon-2026-beynelxalq-konfransi-kecirilib




Comments