top of page

FIFA-nın “Məktəblərdə Futbol” seminarı “Boots for All” festivalı ilə yekunlaşıb

4 hours ago
2 min read
FIFA’s “Football for Schools” seminar concluded with the “Boots for All” festival

AFFA-nın təşkilatçılığı və FIFA-nın “Məktəblərdə Futbol” (Football for Schools) Proqramının dəstəyi ilə fiziki tərbiyə müəllimləri üçün keçirilən seminarın ikinci günü Bakı Olimpiya Stadionunda baş tutub.

Günün proqramına meydançada təşkil olunan praktiki sessiya ilə start verilib. FIFA nümayəndələrinin rəhbərliyi ilə keçirilən məşğələlərdə iştirakçılar müxtəlif futbol tapşırıqlarını yerinə yetirib, nəzəri biliklərini praktikada tətbiq ediblər. Futbol məşğələlərinin təşkili, uşaqların prosesə fəal cəlb olunması və oyun əsaslı öyrənmə metodlarının tətbiqi əsas müzakirə mövzuları olub.

Daha sonra seminarın nəzəri hissəsində proqramın məktəblərdə tətbiqi, futbolun tədris prosesində istifadəsi və məşğələlərin təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sessiyalar müəllimlərin müvafiq metodologiyanı mənimsəməsinə və əldə etdikləri bilikləri gələcək fəaliyyətlərində tətbiq etmələrinə yönəlib.

Seminarın ardınca iştirakçılar “Boots for All” festivalına qoşulublar. Əyləncə xarakterli kütləvi futbol festivalında 120-dən çox uşaq iştirak edib. Festivalın açılış mərasimində çıxış edən əfsanəvi veteran futbolçu Xristo Stoiçkov futbolun uşaqların həyatındakı əhəmiyyətini vurğulayıb. O, bu idman növünün dostluq, komanda ruhu və qarşılıqlı hörmət kimi dəyərlərin formalaşmasına töhfə verdiyini qeyd edərək, uşaqları futboldan zövq almağa, daim öyrənməyə və arzularının arxasınca getməyə çağırıb.

Açılış mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev çıxış edərək FIFA rəsmilərinə təşəkkür edib, iştirakçılara xoş əhval-ruhiyyə və uğurlar arzulayıb. Daha sonra isə baş katib və  AFFA İcraiyyə Komitəsinin üzvü Leyla Xəlilova Rzazadə FIFA nümayəndələrinə xatirə hədiyyələri təqdim ediblər.

Festivalın sonunda iştirak edən hər bir uşağa FIFA tərəfindən futbol butsları hədiyyə edilib. Tədbir xatirə şəkli ilə yekunlaşıb.

Qeyd edək ki, FIFA, AFFA və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilən “FIFA Football for Schools” proqramı məktəblərdə futbolun inkişafını, fiziki tərbiyə müəllimlərinin peşəkar bilik və bacarıqlarının artırılmasını, eləcə də uşaqların fiziki və sosial inkişafının dəstəklənməsini hədəfləyir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page