Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub
- 2 hours ago
- 1 min read

Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Misli” brendi ilə Peşəkar Futbol Liqası (PFL) arasında Azərbaycan Premyer Liqasının titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb.
Peşəkar Futbol Liqasından verilən məlumata görə, razılığa əsasən, “Misli” 2026/2027-ci illər mövsümündə də Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı “Misli Premyer Liqası” adlanacaq.
Qeyd edək ki, Premyer Liqada yeni mövsümə avqustun 14-də start veriləcək.
Source of the news: https://azertag.az/xeber/yeni_movsum_uchun_azerbaycan_premyer_liqasinin_sponsoru_belli_olub-4359301




Comments