top of page

“YAŞAT” düşərgəsinin yeddinci həftəsi başlayıb

  • 2 days ago
  • 1 min read
The seventh week of the "YAŞAT" camp has begun

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən beşinci “YAŞAT” düşərgəsinin yeddinci həftəsi başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 14 yaşlı 37 şəhid övladının iştirak etdiyi həftənin açılış mərasimindən öncə Xanbulan gölünə ekskursiya təşkil olunub.

“Icebreak” və ilkin tanışlıq təlimləri vasitəsilə uşaqlar bir-birlərini daha yaxından tanıyıblar.

Düşərgədə hər gün səhər proqramı sağlam həyat tərzini təşviq edən fiziki məşqlərlə başlayıb. Gün ərzində iştirakçılar psixoloqlar ilə maarifləndirici görüşlərdə iştirak ediblər.

Teleaparıcı Ağa Nadirovla keçirilən görüş zamanı uşaqlar televiziya sahəsi və aparıcılıq peşəsi ilə bağlı suallarını ünvanlayıb, onun uğur hekayəsi barədə məlumat əldə ediblər. Görüş çərçivəsində əyləncəli intellektual yarış da gerçəkləşib.

"ABAD" tərəfindən təşkil olunan ustad dərslərində isə uşaqlar yaradıcılıq bacarıqlarını inkişaf etdiriblər.

“Hovuz saatı” və müxtəlif əyləncə proqramları iştirakçıların fiziki fəallığının artırılmasına, komanda ruhunun möhkəmləndirilməsinin təşkilinə töhfə verib.

Həftə ərzində iştirakçılar boulinq və “Faceart” tədbirində, oyun parkı fəaliyyətlərində iştirak edərək, asudə vaxtlarını səmərəli və əyləncəli şəkildə keçiriblər.

Layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulub.

Tərəfdaşlar: “TABİA Group”, “Lankaran Springs Wellness Resort” Hotel

Sponsorlar: NEQSOL Holding, Bakcell, “Norm” ASC

Dəstəkçilər: “Bravo”, "PASHA Sığorta", “Happy Day Cake”, “Badamlı”, “Milla”

Media tərəfdaşları: AzTV, İTV, ASAN Radio/TV.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page