top of page

“YAŞAT” düşərgəsinin ikinci həftəsi başlayıb

  • 1 day ago
  • 1 min read
The second week of the "YAŞAT" camp has begun

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin ikinci həftəsi başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 10–11 yaşlı 53 şəhid övladının iştirak etdiyi həftənin açılış mərasimindən sonra uşaqlar “Nilado Green” çay plantasiyasına ekskursiya ediblər. Sonra psixoloqlar tərəfindən tanışlıq, ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş təlim, eləcə də stolüstü oyun saatı keçirilib.

İkinci gün uşaqlar Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə əraziyə yerləşdirilən xüsusi idman alətlərindən istifadə etməklə səhər idmanına qatılıblar.

Gün ərzində “Gənc Psixoloqlar" İctimai Birliyinin psixoloqları ilə görüş, uşaq parkında əyləncə proqramı və “face-art” fəaliyyəti təşkil olunub.

ASAN Radio və ASAN TV-nin təşkilati dəstəyi ilə keçirilən konsert proqramında estrada müğənnisi Elçin Cəfərovun çıxışı uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin aktyorlar İlkin Həsəni və Elşən Orucov şəhid övladları ilə görüşüblər.

Layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulur.

Tərəfdaşlar: “TABİA Group”, “Lankaran Springs Wellness Resort” Hotel

Sponsorlar: NEQSOL Holding, Bakcell, “Norm” ASC

Dəstəkçilər: “Badamlı" və “Milla”

Media tərəfdaşları: AzTV, İTV, ASAN Radio/TV

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page