top of page

“Sabahın Ulduzları” layihəsi çərçivəsində imza mərasimi

  • 2 hours ago
  • 2 min read
Signing ceremony within the framework of the "Stars of Tomorrow" project

AFFA və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı ilə həyata keçiriləcək “Sabahın Ulduzları” layihəsi çərçivəsində yeni sponsorlarla əməkdaşlığa dair imza mərasimi, eyni zamanda məlumatlandırma sessiyası keçirilib.

“JW Marriott Absheron Baku” hotelində baş tutan tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, BFF-nin prezidenti Tahir Süleymanov, AFFA-nın Texniki direktoru Edmond Klaus, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov, “Alpex” şirkətinin prezidenti Sərdar Salmanzadə, sponsorların nümayəndələri və media mənsubları iştirak ediblər.

2006-cı ildə start götürən və uşaqlar arasında keçirilən “Sabahın Ulduzları” barədə ətraflı məlumat verilib, turnirdə üzə çıxan və sonradan milli komandamızda çıxış edən futbolçuların adları vurğulanıb. Bunu əks etdirən qısa video-çarx təqdim olunduqdan sonra BFF-nin prezidenti Tahir Süleymanov çıxış edərək qonaqları salamlayıb. O, Azərbaycan futboluna fayda verəcək yüksək səviyyəli futbolçuları üzə çıxarmaq üçün əllərindən gələni edəcəklərini söyləyib: “Turniri ərsəyə gətirməkdə məqsədimiz böyük işlər görməkdir. Bu istiqamətdə bizə yaradılan şəraitə görə AFFA rəhbərliyinə və yeni tərəfdaşlarımıza təşəkkürümü bildirirəm”.

Ardından AFFA-nın baş katibi Cahangir Fərəcullayev “Sabahın Ulduzları” turnirinin yenidən keçirilməsinin sevindirici hal olduğunu deyib: “Bu, AFFA-nın İnkişaf Strategiyasının təməlinin önəmli bir parçasıdır. Uşaq futbolu hazırda bizim üçün prioritetdir. “Sabahın Ulduzları” turniri də bu baxımdan önəmli addımlardan biridir. Turnirin potensialı böyükdür. “Sabahın Ulduzları”nın gələcəkdə beynəlxalq komandaların qatılacağı yarışa çevriləcəyinə ümid edirik”.

A millinin baş məşqçisi Ayxan Abbasov əvvəllər “Sabahın Ulduzları”nda oyunları canlı izlədiyini və bu turnirin iştirakçılarından olduğunu söyləyib: “Bu turnirdən təkcə futbolçular yox, hakimlər də üzə çıxırdı. Belə layihələrin gələcəkdə Azərbaycan millisinə böyük fayda verəcəyinə inanıram. Bu cür turnirlər daha çox futbolçunun yetişməsinə gətirib çıxarar”.

AFFA-nın Texniki direktoru Edmond Klaus uğur qazanmaq üçün uşaq futboluna diqqəti artırmağın vacibliyini vurğulayıb: “AFFA-nın bu istiqamətdə bir neçə önəmli layihəsi var. İstedadların təyin edilməsi və yarışların keçirilməsi çox önəmlidir. Bu turnir yeniyetmələrin inkişaf yolunda ilk addımı atmalarına töhfə verə bilər”.

“Alpex” şirkətinin prezidenti Sərdar Salmanzadə isə çıxışında böyük işin başlanğıcında olduqlarını bildirib: “Bu işə böyük qüvvə cəlb etmişik. Bizimlə birlikdə olduğu üçün “Sea Breeze” ailəsinə təşəkkür edirik. Düşünürəm ki, bu layihə ilə Azərbaycan futboluna böyük ulduzlar bəxş edəcəyik”.

Sonda Bakı Futbol Federasiyası və “Alpex” şirkəti arasında baş sponsorluq müqaviləsi imzalanıb və “Sabahın Ulduzları” turnirinin maskotu təqdim olunub.


 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page