top of page

“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlər – 20 tələbə 200 AZN təqaüd alacaq

31 minutes ago
2 min read
Final days to apply for the “Red Hearts Educational Scholarship Program” – 20 students will receive a 200 AZN scholarship

Universitetə yüksək balla qəbul olmaq böyük uğurdur. Bu uğurun arxasında bəzən çətin sosial şəraitdə göstərilən zəhmət, əzmkarlıq və böyük bir gələcək arzusu dayanır. İndi həmin zəhmətin dəstəklənməsi üçün daha bir fürsət var!

Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun birgə həyata keçirdiyi “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul davam edir. Proqram çərçivəsində sosial baxımdan həssas qrupa aid olan, ali məktəblərə qəbul imtahanında minimum 600 bal toplayan və bakalavr üzrə I kursda əyani təhsil alan 20 tələbəyə təqaüd veriləcək.

Seçilən hər bir tələbə 10 ay ərzində hər ay 200 manat olmaqla, ümumilikdə 2 000 manat təqaüd alacaq. Bu dəstək tələbələrin təhsil həyatına və şəxsi inkişafına töhfə verməyi hədəfləyir.

Proqramda iştirak etmək üçün namizədlərin seçimi aşağıdakı meyarlar üzrə aparılacaq.

• Azərbaycan Respublikasının vətəndaşı olmaq;

• Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin I kursunda əyani təhsil almaq;

• Qəbul imtahanında minimum 600 bal toplamaq;

• Könüllülük, sosial və digər dərsdənkənar fəaliyyətlərdə fəal iştirak etmək;

• Aşağıdakı sosial meyarlardan ən azı birinə uyğun olmaq:

o ünvanlı dövlət sosial yardımı alan ailənin üzvü olmaq;

o orqanizmin funksiyalarının 31–60, 61–80 və ya 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmaq;

o valideynlərini itirmiş və ya uşaq evində böyümüş şəxs olmaq.

Namizədlər onlayn müraciət, qiymətləndirmə və müsahibə olmaqla 3 mərhələdə qiymətləndiriləcəklər. Seçim zamanı onların sosial vəziyyəti, akademik göstəriciləri və motivasiya məktubu nəzərə alınacaq.

Fürsəti dəyərləndirmək üçün son müraciət tarixi 6 dekabr 2026-cı ildir.

Təqaüd proqramına qoşulmaq üçün: www.b-b.az/tnql

Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun digər təqaüd proqramlarından yararlanan şəxslər bu proqrama müraciət edə bilməzlər. Gələcəyin istedadlı gənclərini dəstəkləmək üçün həyata keçirilən bu təşəbbüs təhsildə bərabər imkanların təmin edilməsinə töhfə verməyi hədəfləyir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page