top of page

"Azeronline"ın rəqəmsal tərəfdaşlığı ilə Ağdaşda Heyva Festivalı keçirilib

4 hours ago
1 min read
Quince Festival was held in Aghdash with the digital partnership of Azeronline

Noyabrın 7-də Ağdaş şəhərində "Azeronline LTD" BM-in rəqəmsal tərəfdaşlığı ilə Heyva Festivalı keçirilib. Ümumilikdə 15 mindən çox ziyarətçinin qatıldığı tədbirdə şirkət festival ərazisini fasiləsiz internet bağlantısı ilə təmin edib. Bununla da "Azeronline" yerli istehsalın tanıdıldığı festivalda kənd təsərrüfatında tətbiq olunan müasir texnologiyaların, o cümlədən IoT (Əşyaların İnterneti) sistemlərinin və telemetriya həllərinin nümayişinə dəstək verib.

Şirkət festivalda "Dünyaya bizimlə bax!" adlı interaktiv stendlə də təmsil olunub. Ziyarətçilər burada "Azeronline"ın yeni məhsul və layihələri, eləcə də əlavə internet avadanlıqları ilə yaxından tanış olublar. Stenddəki oyun zonası, hədiyyəli yarışmalar və müxtəlif sürprizlər qonaqların böyük marağına səbəb olub.

Festival iştirakçılarına şirkətin Ağdaş rayonundakı xidmət imkanları barədə də məlumat verilib. Bildirilib ki, rayon ərazisinin 100%-i "Azeronline"ın yüksəksürətli fiber-optik internet şəbəkəsi ilə əhatə olunub.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page