top of page

Qadınlar Super Liqasının yeni titul sponsoru müəyyənləşib

2 hours ago
1 min read
The new title sponsor for the Women's Super League has been determined

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə “Liv Bona Dea Hospital” arasında əldə olunmuş razılaşmaya əsasən, “Liv Bona Dea Hospital” Qadınlar Super Liqasının titul sponsoru olacaq.

2026/2027-ci və 2027/2028-ci illər mövsümlərində çempionat “Liv Bona Dea Qadınlar Super Liqası” adı altında keçiriləcək.

Bu gün start götürən Azərbaycan Qadınlar Super Liqasının yeni mövsümündə yarışın adının və formatının dəyişdirilməsi ilə yanaşı, iştirakçı komandaların sayı da artırılaraq 12-yə çatdırılıb.

“Liv Bona Dea Hospital” Azərbaycanda fəaliyyət göstərən aparıcı özəl tibb müəssisələrindən biridir. Beynəlxalq səhiyyə sahəsində geniş təcrübəyə malik MLP Care qrupunun tərkibində fəaliyyət göstərən xəstəxana müasir tibbi texnologiyaları, peşəkar mütəxəssis heyəti və geniş xidmət spektri ilə seçilir.

MLP Care-in idman sağlamlığı sahəsindəki təcrübəsinə əsaslanan “Liv Bona Dea Hospital” idmançı sağlamlığına yönəlmiş xidmətlərin inkişafına töhfə verməyi və bu istiqamətdə davamlı əməkdaşlıqlar qurmağı hədəfləyir.

“Liv Bona Dea Hospital”ın Qadınlar Super Liqasının titul sponsoru olması Azərbaycanda qadın futbolunun inkişafına və populyarlaşdırılmasına, çempionatın daha geniş auditoriyaya çatdırılmasına, gənc qızların idmana təşviq edilməsinə, eləcə də qadın futboluna ictimai marağın və kommersiya tərəfdaşlıqlarının artırılmasına töhfə verəcək.

Bu əməkdaşlıq “Liv Bona Dea Hospital”ın Azərbaycan futbolunun, xüsusilə də qadın futbolunun uzunmüddətli inkişafına dəstəyinin mühüm göstəricisidir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page