top of page

Lənkəranda yaşıl enerjiyə keçid və iqlim çağırışlarına həsr olunan tədbir keçirilib

2h
1 min read
An event dedicated to the transition to green energy and climate challenges was held in Lankaran

9 oktyabr 2026-cı il tarixində Lənkəran şəhərində “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyinin (İB) təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və BP şirkətinin dəstəyi ilə həyata keçirilən “Neftçilər yeni dövrün yaşıl enerji mühəndisləri kimi” layihəsi çərçivəsində növbəti tədbir baş tutub.

Tədbirin əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizə kontekstində yerli və regional səviyyədə maarifləndirmənin artırılması, həmçinin yaşıl enerji sistemlərinə keçid prosesinin təşviq edilməsidir.

Tədbir çərçivəsində:• Layihənin təlimçi-ekspertləri tərəfindən müasir ekoloji çağırışlar və bərpaolunan enerji texnologiyalarına dair geniş təqdimatlar edilib;• Son illər respublikamızda iqlim dəyişikliyinin fəsadlarının azaldılması və alternativ enerji mənbələrinin payının artırılması istiqamətində həyata keçirilən dövlət siyasəti və mühüm layihələr diqqətə çatdırılıb;• İnteraktiv diskussiya formatında keçən yekun hissədə iştirakçıların sualları cavablandırılıb.

Tədbir zaman aparılan müzakirələr və irəli sürülən təkliflər regionda ekoloji maarifləndirmənin davamlılığını təmin etməyə, eləcə də ölkəmizin "yaşıl enerji" ölkəsinə çevrilməsi istiqamətindəki milli hədəflərinə töhfə verməyə hədəflənib.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page