top of page

“PAŞA Holdinq”in dəstəklədiyi startap “Referans Medical Group” ilə əməkdaşlığa başlayır

21 hours ago
2 min read
A startup supported by PASHA Holding begins a partnership with Referans Medical Group

“PAŞA Holdinq”in daxili “WeStart” proqramı çərçivəsində inkişaf edən startaplardan biri olan “iCheck” Azərbaycan “HealthTech” ekosistemində mühüm nailiyyətə imza ataraq ölkənin aparıcı tibbi şəbəkələrindən biri olan “Referans Medical Group” ilə strateji əməkdaşlığa başlayır.

“PAŞA Holdinq”də innovativ ideyaların inkişafını və yeni biznes təşəbbüslərinin dəstəklənməsini hədəfləyən “WeStart” proqramı əməkdaşların ideyalarını real layihələrə çevirmələrinə şərait yaradır. Proqram çərçivəsində dəstəklənən “iCheck”in bu əməkdaşlığa başlaması innovativ ideyaların inkişaf etdirilərək real biznes nəticələrinə çevrilməsinin nümunəsidir.

Azərbaycanın telesəhiyyə sahəsində öz innovativ modeli ilə seçilən “iCheck” rəqəmsal səhiyyə platforması inkişafının yeni mərhələsinə qədəm qoyur. Startap olaraq fəaliyyətə başlayan və qısa müddətdə beynəlxalq səviyyədə tanınma qazanan layihə bundan sonra fəaliyyətini ölkənin aparıcı və ən geniş tibbi şəbəkələrindən biri olan “Referans Medical Group” ilə strateji əməkdaşlıq çərçivəsində davam etdirəcək.

Bu əməkdaşlığın əsas məqsədi “iCheck”in qabaqcıl texnoloji imkanlarını “Referans Medical Group”un geniş tibbi infrastrukturu və peşəkar həkim şəbəkəsi ilə birləşdirərək pasiyentlər üçün daha əlçatan, fasiləsiz və davamlı rəqəmsal sağlamlıq təcrübəsi yaratmaqdır.

Yerli startapdan beynəlxalq “HealthTech” layihəsinə çevrilən “iCheck” keyfiyyətli tibbi dəstəyə çıxışın insanın coğrafi mövqeyindən asılı olmaması ideyası ilə yaradılıb. Platforma istifadəçilərə dünyanın istənilən yerindən həkimlə məsafədən əlaqə qurmaq və onlayn konsultasiya almaq imkanı verir. Hazırda bu imkanlardan fərdi pasiyentlərlə yanaşı, sığorta şirkətlərinin müştəriləri və korporativ istifadəçilər də fəal şəkildə yararlanır.

“Referans Medical Group” ilə əməkdaşlıq “iCheck”in sadəcə onlayn konsultasiya tətbiqindən geniş funksionallığa malik kompleks rəqəmsal sağlamlıq platformasına çevrilməsinə təkan verəcək. Əsas hədəf istifadəçinin uyğun həkimi tapmasından başlayaraq konsultasiya, zəruri müayinələr, tibbi xidmətlər və sonrakı addımların vahid sistem daxilində tam və rahat şəkildə təşkil olunmasıdır.

“Biz “iCheck”i yalnız onlayn həkim konsultasiyası təqdim edən tətbiq kimi görmürük. İstəyirik ki, insanın sağlamlığı ilə bağlı hər hansı sualı yarandıqda, istər fiziki, istərsə də mental sağlamlıqla bağlı, ilk ağla gələn platforma “iCheck” olsun. Eyni zamanda məqsədimiz insanları yalnız xəstəlik zamanı deyil, sağlam olduqları dövrdə də öz sağlamlıqları ilə maraqlanmağa təşviq etməkdir”, – deyə “iCheck”in təsisçisi Leyla Orucova bildirib.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page