top of page

Sosial Xidmətlər Agentliyinin təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası həyata keçirilib

5 minutes ago
1 min read
A tree-planting campaign was held in the settlement of Mushfigabad, initiated by the Social Services Agency and supported by the Ministry of Ecology and Natural Resources

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası həyata keçirilib.

“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan tədbirdə Agentliyin Aparatında çalışan 100-dən çox əməkdaş iştirak edib.

Tədbir ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunması məqsədi daşıyıb.

Aksiya çərçivəsində eldar şamı və zeytun ağacları da daxil olmaqla, ümumilikdə 100 ağac əkilib. Əkilən ağacların sağlam inkişafını təmin etmək məqsədilə onların ətrafında müvafiq abadlıq və ilkin qulluq işləri aparılıb.

Qeyd edək ki, Agentlik tərəfindən mütəmadi olaraq sosial və ekoloji yönümlü korporativ sosial məsuliyyət tədbirləri həyata keçirilir.


 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page