top of page

"PAŞA Holding"in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim edilib

8 hours ago
1 min read
School supplies were provided to the children of more than 12,000 low-income families in partnership with PASHA Holding

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə sosial tərəfdaşlığını davam etdirən "PAŞA Holding" aztəminatlı ailələrin uşaqlarının yeni tədris ilinə hazırlığına dəstək olub.

Şirkət yeni tədris ili ərəfəsində Bakı və regionlarda ünvanlı dövlət sosial yardımı alan 12 000-dən çox ailənin yeni tədris ilində birinci sinfə gedəcək övladlarını məktəbli ləvazimatları ilə təmin edib. Bu təşəbbüs ilk dəfə məktəb həyatına qədəm qoyan uşaqlar üçün təhsilə daha bərabər imkanlar yaratmaqla yanaşı, sosial rifahın dəstəklənməsi və aztəminatlı ailələrin üzləşdiyi maliyyə yükünün azaldılmasına yönəlib. "PAŞA Holding" KSM tərəfindən təqdim edilən çanta, məktəbli forması və digər zəruri məktəb ləvazimatları agentliyin əməkdaşları tərəfindən aztəminatlı ailələrə çatdırılıb.

Layihə "PAŞA Holding"in cəmiyyətə dəyər yaratma və inklüziv inkişafı təşviq etmə prinsipinə uyğun olaraq həyata keçirilən davamlı sosial layihələr silsiləsinin bir hissəsidir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page