“Gənclik 360 Platforması” layihəsi çərçivəsində 200 gənc maarifləndirici görüşlərə cəlb olunub

Region gənclərinin bilik və bacarıqlarının inkişafına, ictimai iştirakçılığının artırılmasına və aktual mövzular üzrə məlumatlılığının genişləndirilməsinə yönələn “Gənclik 360 Platforması” layihəsi uğurla həyata keçirilib.
Azərbaycan Respublikasının Gənclər Fondunun fərdi qrant müsabiqəsinin qalibi Pərviz Səmədovun təqdim etdiyi “Gənclik 360 Platforması” layihəsi Fondun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının və “ASAN Müraciət” informasiya sisteminin tərəfdaşlığı ilə reallaşıb.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi region gənclərinin aktiv vətəndaşlıq, ictimai iştirakçılıq, rəqəmsal təhlükəsizlik, süni intellekt savadlılığı, inklüzivlik, ekoloji məsuliyyət və könüllülük istiqamətlərində məlumatlılığının artırılması, onların cəmiyyət həyatında daha fəal iştirakına töhfə vermək olub.
Layihə çərçivəsində Ağcabədi rayonunda Bayraq Muzeyində və Bərdə rayonunda Dövlət Peşə Təhsil Mərkəzində görüşlər təşkil olunub. Hər iki görüşdə ümumilikdə 200 gənc iştirak edib.
Panel müzakirələri formatında keçirilən görüşlərdə müxtəlif dövlət qurumlarının, təhsil müəssisələrinin və ictimai təşkilatların nümayəndələri iştirakçılarla öz təcrübələrini bölüşüb, müəyyən edilmiş mövzular üzrə çıxışlar edib və gənclərin suallarını cavablandırıblar.




Comments