top of page

“Norm” ASC BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub

  • 7 hours ago
  • 1 min read
“Norm” OJSC has joined the UN's Women’s Empowerment Principles

“Norm” ASC BMT-nin təşəbbüsü olan Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (Women’s Empowerment Principles) qoşulduğunu elan edib.

Bu barədə şirkətin CEO-su Henning Sasse bildirib.

O deyib: "Azərbaycanın aparıcı sənaye şirkətlərindən biri olaraq, məsuliyyətli liderliyin və dayanıqlı inkişafın əsas dayağı kimi BMT-nin təşəbbüsü olan Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərini qəbul etdiyimizi təsdiqləyirik."

Dayanıqlı inkişaf strategiyasını real addımlarla dəstəkləyən şirkət bu təşəbbüsə qoşulmaqla, qadınlar üçün bərabər imkanların təmin edilməsini və onların şirkətin bütün səviyyələrində təmsilçiliyinin artırılmasını hədəfləyir. Şirkət hesab edir ki, qadınların sement sənayesində daha fəal təmsilçiliyi sosial ədalətlə yanaşı, innovasiyaya, səmərəli istehsala və dayanıqlı iş mühitinin gücləndirilməsinə töhfə verəcək. Həmçinin, bu addım gənc qadınların sənayeyə marağının artırılmasını və onların karyera imkanlarının genişləndirilməsini dəstəkləyəcək.

Qeyd edək ki, Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri BMT-nin Qadınlar Agentliyi (UN Women) və BMT-nin Qlobal Sazişi (UN Global Compact) tərəfindən hazırlanmış beynəlxalq çərçivədir.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

 

Source of the news: https://pravda.az/news/207324

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page