top of page

“Milli Proqram” çərçivəsində Azərbaycan dilində təlimlərin sayı 3 250-yə çatdırılıb

  • 2 days ago
  • 2 min read
The number of trainings in the Azerbaijani language within the framework of the "National Program" has been increased to 3,250

1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “4Sİ Akademiyası” çərçivəsində həyata keçirilən “Milli Proqram” üzrə ana dilində olan təlim və kursların sayı daha da genişləndirilib. “Milli Proqram”ın 3-cü mərhələsi çərçivəsində “Coursera” platformasında daha 750 təlim Azərbaycan dilinə tərcümə edilərək vətəndaşların istifadəsinə verilib.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzindən bildirilib ki, platformada Azərbaycan dilində təlimlərin sayı 3 250-yə çatdırılıb.

Yeni əlavə olunan təlimlər süni intellekt və data analitikası, biznes və idarəetmə, proqram təminatının hazırlanması, liderlik, kibertəhlükəsizlik, bulud texnologiyaları, dayanıqlılıq və mühəndislik, şəxsi inkişaf və digər istiqamətləri əhatə edir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilən “4Sİ Akademiyası - Milli Proqram”ın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında rəqabətli insan kapitalının formalaşdırılmasına dəstək olmaqdır.

Proqram çərçivəsində təqdim olunan təlimlər dünyanın 375-dən çox aparıcı universiteti və texnologiya şirkəti tərəfindən hazırlanıb. Bu tərəfdaşlar sırasında Stanford, Oksford, Yel, Dyuk, Miçiqan, London universitetləri, həmçinin “Google”, IBM, “Microsoft”, “Meta”, “Amazon Web Services” və “DeepLearning.AI” kimi qlobal texnologiya şirkətləri və təhsil təminatçıları yer alır.

Hazırda “Coursera” platformasında 21 000-dən çox təlim istifadəçilər üçün əlçatandır. Proqrama qoşulmaq üçün vətəndaşlar linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Proqram dövlət və özəl sektorun tərəfdaşlığı əsasında icra olunur. “Pasha Holding”, SOCAR, “Total Energies”, XRG, JOCAP, “Norm Sement”, “Smart Solutions Group” və “B2B Group” şirkətləri korporativ sosial məsuliyyət çərçivəsində proqramın 3-cü mərhələsinin tərəfdaşları qismində çıxış edirlər.

Qeyd edək ki, bundan əvvəlki mərhələdə “Milli Proqram” çərçivəsində 67 mindən çox istifadəçi proqrama qoşulub və onlar 107 min 759 təlimi uğurla başa vuraraq beynəlxalq sertifikatlar əldə ediblər. Azərbaycan dilinə tərcümə olunmuş kurslardan 18 min 600-dən çox istifadəçi faydalanıb və ümumilikdə 41 min 700 təlimi tamamlayıblar.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page