top of page

"Expressbank"ın dəstəyi ilə VI Autizm Festivalı baş tutub

  • 3 hours ago
  • 1 min read
The VI Autism Festival took place with the support of Expressbank

"Expressbank" ASC növbəti sosial təşəbbüsə imza atıb.

Bank Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Autizm Federasiyası və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən

VI Autizm Festivalında sponsor qismində çıxış edərək inklüziv cəmiyyətə dəstəyini nümayiş etdirib.

Festivalın əsas məqsədi autizm spektrində olan fərdlərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq və ictimai maarifləndirməni artırmaq olub.

Tədbir boyu autizm spektrli uşaq və gənclərin müxtəlif əl işləri nümayiş etdirilib, onların yaradıcılıq potensialını və bacarıqlarını ön plana çıxaran müxtəlif fəaliyyətlər həyata keçirilib. Şəhər sakinlərinin və qonaqların böyük maraq göstərdiyi festivalda rəngarəng proqramlar vasitəsilə autizmlə bağlı məlumatlılığın artırılması diqqət mərkəzində saxlanılıb.

"Expressbank" hər bir fərdin cəmiyyətdə bərabərhüquqlu və aktiv iştirakını dəstəkləməklə yanaşı, daha həssas və qayğıkeş mühitin formalaşmasına xidmət edən bu təşəbbüsə qoşulmaqla sosial məsuliyyət sahəsindəki ardıcıl fəaliyyətini növbəti addımı ilə möhkəmləndirib. Bank bu kimi layihələrə dəstək olmağı sadəcə xeyirxahlıq missiyası kimi deyil, həm də gələcək nəsillərə ötürüləcək daha bərabərhüquqlu və inklüziv mühitin təməllərini qoymaq olaraq qiymətləndirir.

Qeyd edək ki, "Expressbank"ın təşəbbüsü ilə aprel ayında "Autizm Maarifləndirmə Aylığı" ilə əlaqədar olaraq Azərbaycan Autizm Assosiasiyasının mütəxəssis heyətinin dəstəyi ilə bankın əməkdaşları üçün "Autizmli şəxslərlə davranış etikası" mövzusunda təlim keçirilib. Bank bu addımı ilə inklüziv cəmiyyətin qurulmasına töhfə verməyə və autizm spektrində olan fərdlərə qarşı daha həssas yanaşmanın təşviqinə, ilk növbədə, daxildən başladığını ifadə edir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page