top of page

“Bizon Diamond” “Baku Fashion Week”də: Üçgünlük stil, enerji və parıltı marafonu

  • 16 hours ago
  • 1 min read
Bizon Diamond at Baku Fashion Week: A three-day marathon of style, energy and sparkle

Mayın 1-3-də “Bizon Diamond” brendinin sponsorluğu ilə Azərbaycan Dövlət Filarmoniyasının möhtəşəm ab-havasında ölkənin ən gözlənilən moda hadisəsi — “Baku Fashion Week” baş tutub. Tədbir yerli dizaynerlərlə yanaşı, beynəlxalq brendləri də eyni podiumda bir araya gətirərək paytaxtın moda nəbzini tutub. Moda həftəsinin açılış günü xüsusi təmtəraqla yadda qalıb. Tədbirin fəxri qonaqları sırasında Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva da iştirak edərək nümayişləri izləyiblər.

Tədbirin ən rəngarəng və dinamik nöqtələrindən biri “Bizon Diamond” markasının yaratdığı interaktiv zona olub. Üç gün boyunca qonaqların diqqət mərkəzində olan bu məkanda tanınmış simalar və influenserlərlə canlı müsahibələr keçirilib, brend, sənətçilər və auditoriya arasında birbaşa ünsiyyət körpüsü yaradılıb.

Proqramın ən yaddaqalan hissəsi isə dizayner Sultan Qədimbəylinin "Black to Black" adlı kolleksiyasının nümayişi olub. Bu nümayişi nadir edən amil podiuma peşəkar modellərlə yanaşı, Azərbaycanın tanınmış simalarının çıxması idi. Elnara De Birbuet, Syama Həsənova, Təranə Muradova, Tünzalə Ağayeva və Nərgiz Cəlilovanın iştirakı moda şousuna xüsusi eleqantlıq və ab-hava qatıb.

“Bizon Diamond” və “Baku Fashion Week” əməkdaşlığı bir daha sübut etdi ki, brend enerjisi moda dünyası ilə birləşdikdə qonaqlar üçün unudulmaz və fərqli bir təcrübə formalaşır. Bu əməkdaşlıq təkcə geyim nümayişi deyil, həm də stilin, enerjinin və müasir ünsiyyət formatlarının vəhdətinə çevrilib.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page