top of page

Beşinci “YAŞAT” düşərgəsi başa çatıb

  • 2 days ago
  • 2 min read
The fifth "YAŞAT" camp has ended

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən beşinci “YAŞAT” düşərgəsinin sonuncu həftəsi yekunlaşıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 14 yaşlı 37 şəhid övladının iştirak etdiyi həftə zəngin və maarifləndirici proqramlarla yadda qalıb. Düşərgədə hər gün səhər proqramı sağlam həyat tərzini təşviq edən fiziki məşqlərlə başlayıb. Şəhid övladları psixoloqlarla qrup terapiyalarında iştirak ediblər. Parkur və piknik saatı kimi müxtəlif əyləncə proqramları iştirakçıların fiziki fəallığının artırılmasına, komanda ruhunun möhkəmləndirilməsinə və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verib.

Bununla yanaşı, “Dayaq Xeyriyyə” Cəmiyyəti tərəfindən ağız və diş sağlamlığının qorunmasına həsr olunmuş maarifləndirici təlim təşkil edilib və uşaqlara gündəlik ağız gigiyenasının əhəmiyyəti barədə faydalı məlumatlar verilib.

Uşaqlar düşərgə müddətində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sağlam həyat” çərçivəsində səyyar idman avtomobili ətrafında yerləşən idman qurğularında idman normativlərini yerinə yetiriblər.

Asudə vaxtın səmərəli təşkili məqsədilə uşaqlar həftə ərzində intellektual yarışlar və hoteldaxili oyun fəaliyyətlərində iştirak edərək həm istirahət edib, həm də əyləniblər.

Həftə çərçivəsində düşərgə iştirakçısı Rövşən Hüseynovun doğum günü də qeyd olunub.

ASAN Radio/TV-nin təşkilati dəstəyi ilə Xalq artisti Nazpəri Dostəliyevanın və tanınmış müğənni Ceyhun Qalanın iştirakı ilə keçirilən konsert proqramı iştirakçılara xoş ovqat bəxş edib və düşərgənin yaddaqalan anlarından biri olub.

Bununla da beşinci “YAŞAT” düşərgəsi yekunlaşıb. Layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladı iştirak edib.

Tərəfdaşlar: “TABİA Group”, “Lankaran Springs Wellness Resort” Hotel

Sponsorlar: NEQSOL Holding, Bakcell, “Norm” ASC

Dəstəkçilər: “Bravo”, "PASHA Sığorta", “Happy Day Cake”, “Badamlı”, “Milla”

Media tərəfdaşları: AzTV, İTV, ASAN Radio/TV.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page