top of page

“Azərpoçt” MMC-də növbəti qanvermə aksiyası təşkil olunub

  • 2 days ago
  • 1 min read
Another blood donation campaign was organized at "Azerpocht" LLC

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Qan Bankı ilə birgə qanvermə aksiyası keçirib.

Çoxsaylı əməkdaşın iştirak etdiyi qanvermə prosesi Respublika Qan Bankının ixtisaslaşmış tibbi heyəti tərəfindən zəruri müayinələr aparılmaqla və həkim-hematoloqların nəzarəti altında həyata keçirilib.

Toplanan qan nümunələri laborator müayinələrdən keçirildikdən sonra talassemiya, hemofiliya, leykoz və digər hematoloji xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsinə yönəldiləcək.

Qeyd edək ki, qan və onun komponentlərinin köçürülməsi bir çox xəstənin həyatının xilas edilməsində mühüm rol oynayır. “Azərpoçt” MMC də könüllü qanvermə aksiyalarını mütəmadi təşkil etməklə qan ehtiyatlarının artırılmasına və qan xəstəliklərindən əziyyət çəkən şəxslərin davamlı qanla təmin olunmasına töhfə verir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page