top of page

AFFA-nın təşkilatçılığı ilə “Yaşıl Top” sosial layihəsinə start verilib

Sep 19
1 min read
The "Green Ball" social project has been launched under the organization of AFFA

AFFA-nın təşkilatçılığı ilə “Yaşıl Top” sosial layihəsinə start verilib.

Milli assosiasiyadan bildirilib ki, layihənin ilk tədbiri “Sabis Sun” beynəlxalq məktəbində keçirilib.

Tədbir çərçivəsində təkrar emal edilmiş materiallardan hazırlanmış simvolik “Yaşıl Top” məktəbə hədiyyə olunub, şagirdlərlə ətraf mühitin qorunması və dayanıqlı davranışlarla bağlı maarifləndirici görüşlər keçirilib. Tədbirdə iştirak edən veteran futbolçu Qara Qarayev şagirdləri ətraf mühitin qorunmasına və ekoloji dayanıqlılığa töhfə verməyə çağırıb. “Təmiz Şəhər” ASC-nin mətbuat katibi Orxan Cabbarlı, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş məsləhətçisi Gülnarə Məmmədova şagirdlərə tullantıların düzgün idarə olunması, meşələrin bərpası və dayanıqlı həyat tərzi ilə bağlı məlumat veriblər.

Beynəlxalq dərəcəli hakimlər Əliyar Ağayev və Kamal Umudlu, həmçinin köməkçi hakim Sevda Nuriyeva da şagirdlərlə görüşüb və ağacəkmə aksiyasında iştirak ediblər.

“Yaşıl Top” sosial layihəsi futbolun sosial təsir gücündən istifadə etməklə uşaqlar və futbol ictimaiyyəti arasında ekoloji dəyərlərin təşviqinə xidmət edir. Layihə çərçivəsində ümumilikdə 10 məktəbdə tədbirlərin keçirilməsi, tədris ilinin sonunda isə məktəblərarası futbol turnirinin təşkili nəzərdə tutulur.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page