top of page

Şirvan Milli Parkında ekoloji maarifləndirici tədbir keçirilib

  • 5 hours ago
  • 1 min read
An environmental awareness event was held at Shirvan National Park

3 iyul – Beynəlxalq Polietilen Paketdən İmtina Günü və 5 iyul – Şirvan Milli Parkının yaranması münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Tullantısız təbiət, zəngin biomüxtəliflik” mövzusunda ekoloji maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Nazirliyin nümayəndələri, ASAN Könüllüləri, ekokönüllülər, Xəzər Universitetinin tələbələri və Biləsuvar rayonunun Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

İştirakçılar üçün ekoloji təlimlər, interaktiv sessiyalar, tematik master-klasslar və viktorina təşkil olunub, tullantılar mövzusunda rəsm və əl işləri nümayiş etdirilib.

Tədbir çərçivəsində keçirilən safari turu zamanı iştirakçılar Şirvan Milli Parkının zəngin biomüxtəlifliyi ilə yaxından tanış olub, ceyranları təbii yaşayış mühitində müşahidə etmək imkanı əldə ediblər.

Tədbirin əsas məqsədi birdəfəlik istifadə olunan polietilen paketlərin ətraf mühitə mənfi təsirləri barədə məlumatlılığı artırmaq, dayanıqlı istehlak vərdişlərini, məsuliyyətli turizmi və tullantısız səyahət yanaşmalarını təşviq etmək olub.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page