top of page

"Ziraat Bank" Azərbaycan “Qlobal Pul Həftəsi 2026” çərçivəsində maarifləndirici tədbir təşkil edib

  • 6 days ago
  • 1 min read
Ziraat Bank Azerbaijan organized an educational event within the framework of "Global Money Week 2026"

"Qlobal Pul Həftəsi 2026" çərçivəsində Ziraat Bank Azərbaycan tərəfindən təşkil olunan gənclərin maliyyə savadlılığının artırılmasına yönəlmiş maarifləndirici tədbir çərçivəsində Atatürk Liseyinin 7-ci sinif şagirdləri bankın ofisinə dəvət olunublar. Onlar üçün xüsusi təlim proqramı keçirilib. Təlim zamanı şagirdlərə pulun düzgün idarə olunması, qənaət vərdişləri, büdcə planlaması, maliyyə təhlükəsizliyi və gündəlik maliyyə qərarlarının əhəmiyyəti barədə ətraflı məlumat verilib.

2026-cı il üzrə "Qlobal Pul Həftəsi"nin əsas mövzusu olan "Puldan danışaq" (Smart Money Talks) çərçivəsində gənclərin maliyyə mövzularında açıq ünsiyyət qurmasının vacibliyi vurğulanıb. Təlim zamanı iştirakçılar maliyyə ilə bağlı suallar verməyə təşviq edilib, düzgün qərarvermə bacarıqlarının formalaşdırılması və gələcək maliyyə rifahının təmin olunması istiqamətində praktiki biliklər təqdim olunub.

Ziraat Bank Azərbaycan maliyyə savadlılığının artırılmasını sosial məsuliyyət istiqamətlərindən biri kimi prioritet hesab edir və bu kimi təşəbbüslərlə cəmiyyətin, xüsusilə də gənc nəslin maliyyə biliklərinin inkişafına dəstək göstərməyə davam edir.

"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page