top of page

Ziraat Bank Azərbaycan “Human vs AI” mövzusunda tədbirə dəstək oldu

  • 6 hours ago
  • 1 min read
Ziraat Bank Azərbaycan supported an event on the topic “Human vs AI”

Ziraat Bank Azərbaycanın dəstəyi, Women Bankers Club-un təşkilatçılığı ilə “Human vs AI: Competition or Cooperation?” mövzusunda tədbir keçirilib.

5 may tarixində ADA Universitetində keçirilən tədbirdə müxtəlif banklarda çalışan xanım bankirlər və universitetin tələbələri iştirak ediblər.

Xanım bankirlərin və ADA universitetinin tələbələrinin bir araya gəldiyi təcrübə mübadiləsinin əsas məqsədi süni intellektin gələcək iş həyatına, bankçılıq sektoruna və insan resurslarına təsiri ilə bağlı fikir mübadiləsinin aparılması olub.

Tədbirin açılışında çıxış edən Ziraat Bank Azərbaycanın İdarə Heyətinin Sədri Dr. Selçuk Demir texnologiyanın sürətli inkişafı fonunda insan amilinin əhəmiyyətini vurğulayaraq, süni intellektin rəqabətdən daha çox əməkdaşlıq modeli çərçivəsində dəyərləndirilməsinin vacibliyini qeyd edib.

Panel müzakirələrində Ziraat Bank Azərbaycan İnsan Resursları və Performansın İdarə Edilməsi Departamentinin direktoru Firuzə Məmmədova, Yelo Bankın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova, eləcə də Kapital Bankın İdarə Heyətinin üzvü, İnsan Kapitalı və Təşkilati İnkişaf üzrə baş inzibatçı Fərqanə Məmmədova spiker qismində çıxış edərək süni intellektin insan resursları və gələcəyin iş mühiti üzərində təsirləri ilə bağlı fikirlərini bölüşüblər.

Panel müzakirələri zamanı süni intellektin bankçılıq, təhsil və biznes mühitində yaratdığı imkanlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbirin sonunda ADA Universitetinin tələbələri tərəfindən ünvanlanan suallar spikerlər tərəfindən cavablandırılıb.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page