top of page

"Yerli şirkətlərin tanıtım sərgisi"ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə

  • 1 day ago
  • 2 min read
For the attention of micro and small entrepreneurs who want to present their products and services at the "Local companies promotion exhibition"

17-20 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı, "Birbank Biznes"in rəsmi tərəfdaşlığı ilə "Yerli şirkətlərin tanıtım sərgisi" keçiriləcək.

Bu barədə KOBİA məlumat yayıb.

KOBİA sərginin təşkilatçılarından olmaqla yanaşı, tədbirdə xüsusi stendlə də təmsil olunacaq. Agentliyin stendində ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarlar iyunun 11-dək müvafiq formanı doldurmaqla agentliyə müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 ("İştirak etmək istədiyiniz tədbir" bölməsində "7-ci Yerli şirkətlərin tanıtım sərgisi" qeyd olunmalıdır).

Qeyd edək ki, "Yerli şirkətlərin tanıtım sərgisi" 7-ci dəfə təşkil olunur. Builki sərgidə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkətin məhsul və xidmətlərini nümayiş etdirməsi nəzərdə tutulur. Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onların yeni bazarlara çıxışına dəstək olmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Həmçinin sərgi çərçivəsində iştirakçılar üçün xüsusi ayrılmış "B2B zona"da iri şirkətlərin satınalma və təchizat üzrə rəhbər şəxsləri ilə qarşılıqlı və interaktiv işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur. "B2G zona"da isə sahibkarlar dövlət qurumlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, mövcud dəstək mexanizmləri ilə tanış olmaq və əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər. İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu, Azərbaycan Dövlət İqtisad Universiteti, eləcə də "Firavan Park", "Vidal Özəl Sənaye Məhəlləsi", "MG Transport", "N-Advert", "Moon Group", "BHB Strategic and Creative CO" sərginin tərəfdaşlarıdır. Sərgi ilə bağlı ətraflı məlumatı marsolexpo.az saytından və *0555 nömrəsinə zəng etməklə öyrənmək olar.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page