top of page

“YAŞAT” Fondu “Hədiyyə karvanı” layihəsini reallaşdırır

  • 2 days ago
  • 1 min read
"YAŞAT" Foundation is implementing the "Gift Caravan" project

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “YAŞAT” Fondu tərəfindən “Hədiyyə karvanı” layihəsi həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, layihə "NEQSOL Holding"in, “Bakcell”in və “Norm” ASC-nin sponsorluğu, eləcə də “Azərsun Holdinq”in dəstəyi ilə gerçəkləşdirilir.

Respublikanın bütün regionlarını əhatə etməklə, 14 yaşadək olan 1600-dən artıq şəhid övladına bayram münasibətilə hədiyyələr təqdim ediləcək.

Hədiyyələrin bölgələrə çatdırılması prosesində AZAL, Abşeron Logistika Mərkəzi, 166 Yükdaşıma və Logistika, AMO Transport və 189 Logistika tərəfindən dəstək təmin olunur.

Hazırda hədiyyə qutularının şəhid ailələrinə çatdırılması prosesi davam edir.

“YAŞAT” Fondu layihənin icrasında göstərilən dəstəyə görə tərəfdaş qurumlara və aidiyyəti icra hakimiyyəti orqanlarına təşəkkürünü bildirir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page