top of page

“YAŞAT” Fondu altıncı “Məktəbli ləvazimatları” layihəsini reallaşdırır

  • 15 hours ago
  • 1 min read
The “YAŞAT” Foundation is implementing its sixth “School Supplies” project

“YAŞAT” Fondunun və “PAŞA Holding”in birgə təşkilatçılığı ilə altıncı dəfə “Məktəbli ləvazimatları” layihəsi reallaşdırılır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni tədris ilinin başlanması ilə əlaqədar şəhidlərimizin 1-11-ci siniflərdə təhsil alan məktəbli övladlarına illik dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılır.

Respublikanın bütün ərazisi üzrə 950-dən çox şəhidin 1600-dək övladı üçün qutu hazırlanıb və aidiyyəti üzrə çatdırılacaq. Ümumilikdə məktəblilərin 850 nəfərə qədəri oğlan, 740 nəfərə qədəri isə qızdır.

Layihə hazırda davam edir və hədiyyə qutularının şəhid övladlarına çatdırılması mərhələli şəkildə həyata keçirilir.

“Uşaqlarımızın təhsil yolunu işıqlandırmaq və gələcəyə olan inamlarını möhkəmləndirmək bizim üçün sevinc və qürur mənbəyidir. Hədiyyə qutularının Naxçıvana çatdırılmasındakı dəstəyə görə Azərbaycan Hava Yollarına təşəkkür edirik. Qələbəni bizə yaşadanları YAŞAT!”, - deyə məlumatda vurğulanıb.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page