top of page

“YAŞAT” düşərgəsinin üçüncü həftəsi başlayıb

  • Jul 6
  • 2 min read
The third week of the "YAŞAT" camp has begun

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin üçüncü həftəsi başlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 10–13 yaşlı 53 şəhid övladının iştirak etdiyi həftənin açılış mərasimindən öncə uşaqlar “Kənddən Şəhərə” layihəsi çərçivəsində bal fermasına ekskursiyada iştirak edərək arıçılıq təsərrüfatı, balın istehsal prosesi və təbii məhsulların hazırlanması ilə yaxından tanış olublar.

Sonra onlar düşərgənin daxili qaydaları barədə məlumatlandırılıb, psixoloqlar tərəfindən keçirilən “Icebreak” və ilkin tanışlıq təlimləri vasitəsilə bir-birlərini daha yaxından tanıyıb, komanda ruhunun formalaşdırılmasına yönəlmiş interaktiv fəaliyyətlərə qoşulublar.

Həftə ərzində səhər idmanında sağlam həyat tərzini təşviq edən məşqlər yerinə yetirilib, psixoloqlarla keçirilən görüşdə emosional rifah, ünsiyyət və şəxsi inkişaf mövzularında maarifləndirici söhbətlər aparılıb.

İştirakçılar boulinq və müxtəlif oyun aparatlarını əhatə edən əyləncə proqramında, “Faceart” tədbirində, hovuz və oyun parkı fəaliyyətlərində iştirak edərək asudə vaxtlarını səmərəli və əyləncəli şəkildə keçiriblər.

Bununla yanaşı, “ABAD” tərəfindən təşkil olunan ustad dərsində müxtəlif bacarıqlar əldə edilib.

Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə keçirilən növbəti ustad dərsində Avropa və dünya mükafatçısı Taleh Məmmədovla görüşən uşaqlar onun həyat və idman təcrübəsi ilə tanış olublar.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkil etdiyi “Süni intellekt və robotlarla gələcəyə səyahət” adlı infosessiyada müasir texnologiyalar və innovativ həllərlə bağlı yeni biliklər əldə edilib.

Layihə çərçivəsində ümumilikdə 400-ə yaxın şəhid övladının iştirakı nəzərdə tutulur.

Tərəfdaşlar: “TABİA Group”, “Lankaran Springs Wellness Resort” Hotel

Sponsorlar: NEQSOL Holding, Bakcell, “Norm” ASC

Dəstəkçilər: “Badamlı", “Milla”, "PASHA Malls"

Media tərəfdaşları: AzTV, İTV, ASAN Radio/TV

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page