top of page

"Yango Azerbaijan" və "İRİA" Lənkəranda pulsuz "Future Skills Academy" təhsil proqramına start verir

  • 1 day ago
  • 2 min read
"Yango Azerbaijan" and "İRİA" launch free "Future Skills Academy" educational program in Lankaran

"Yango Group" Beynəlxalq texnologiya şirkətinin bir hissəsi olan "Yango Azerbaijan" İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və "Education and Development Center" ilə birgə "Future Skills Academy - Lankaran" təhsil proqramına start verdiyini elan edir.

Bu təşəbbüs Azərbaycanın regionlarında gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinə və onların peşəkar inkişaf imkanlarının genişləndirilməsinə yönəlib. Proqram Lənkərandan olan 18-25 yaşlı qızlar - tələbələr, məzunlar, karyeralarının başlanğıcında olan mütəxəssislər, eləcə də öz layihələrini inkişaf etdirməyi planlaşdıran şəxslər üçün nəzərdə tutulub. Qeyd edək ki, təlim ödənişsiz əsasda keçirilir.

Tədris proqramı müasir rəqəmsal iqtisadiyyatın süni intellekt (AI), məlumatların təhlili alətləri, dizaynın əsasları və biznesin idarə edilməsi də daxil olmaqla əsas istiqamətlərini əhatə edir. İştirakçılar klassik proqramlaşdırma bacarıqlarına malik olmadan AI alətlərinin köməyi ilə ilk rəqəmsal prototipləri və məhsulları yaratmağa imkan verən "VibeCoding" yanaşmasını mənimsəyəcəklər. Dərslər həftəsonları Lənkəran Peşə Məktəbinin bazasında keçiriləcək. "Yango Group"un ekspertləri iştirakçılarla müasir texnologiyaların tətbiqi üzrə praktik təcrübələrini, eləcə də biznesin yaradılması, inkişaf etdirilməsi və miqyasının genişləndirilməsi sahəsində biliklərini bölüşəcəklər.

Proqramda iştirak etmək üçün texnologiyalar sahəsində əvvəlcədən təcrübəyə malik olmaq tələb olunmur. Rəqəmsal texnologiyalar, süni intellekt, dizayn və sahibkarlıq, o cümlədən turizm sahəsində bacarıqlarını inkişaf etdirməkdə maraqlı olan istənilən ixtisas üzrə tələbə və məzunlar müraciət edə bilərlər. 12 sentyabr 2026-cı ildə başlayacaq və 2027-ci ilin mart ayına qədər davam edəcək proqram üçün müraciətlərin qəbulu layihənin rəsmi saytında artıq açıqdır. Təlim çərçivəsində 100 iştirakçının praktiki tapşırıqlar və öz layihələri üzərində işləməsi, proqramın sonunda isə onların gələcəkdə işə qəbul olunmaq və ya öz bizneslərini qurmaq üçün istifadə edə biləcəkləri portfoliolar formalaşdırması planlaşdırılır.

"Bizim məqsədimiz müasir rəqəmsal bacarıqları yalnız paytaxtda deyil, Azərbaycanın regionlarında da gənclər üçün əlçatan etməkdir. İRİA ilə birgə Lənkəranda iştirakçılara süni intellekt də daxil olmaqla tələb olunan texnologiyaları mənimsəməyə, praktiki bacarıqlar və peşəkar inkişaf üçün yeni imkanlar əldə etməyə şərait yaradacaq təhsil platforması formalaşdırırıq", - deyə "Yango Azerbaijan"ın rəhbəri Müşviq Həsənov qeyd edib.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page