top of page

"Yango Azerbaijan" Ramazan ayında xeyirxah təşəbbüsləri dəstəklədi

  • Mar 26
  • 1 min read
"Yango Azerbaijan" supported charitable initiatives during Ramadan

Müqəddəs Ramazan ayı ərzində "Yango Azerbaijan" xeyriyyəçilik və dəstəkyönümlü bir sıra təşəbbüslərə qoşularaq, xüsusilə köməyə ehtiyacı olan insanlara, eləcə də şəhərin inkişafına və insanların hərəkətliliyinə gündəlik töhfə verən şəxslərə dəstək göstərib.

Şirkət daimi ənənəsinə sadiq qalaraq "Nargis Fondu"nun aksiyasını dəstəkləyib. Martın 11-i və 12-də Bakının müxtəlif qəsəbə və rayonlarından olan 200-dən çox aztəminatlı ailəyə Ramazana hazırlıq üçün ərzaq bağlamaları təqdim olunub. "Yango Azerbaijan" aldıqları yardımla yanaşı ailələrin rahat şəkildə evlərinə çatdırılmasını təmin edib.

"Biz yalnız texnologiya şirkəti kimi deyil, fəaliyyət göstərdiyimiz cəmiyyətin bir hissəsi kimi də faydalı olmağa çalışırıq. Belə layihələrin dəstəklənməsi, xüsusilə də Ramazan kimi mühüm ayda həmrəylik və qarşılıqlı yardımı gücləndirməyə töhfədir", - deyə şirkətdən bildirilib.

Ay ərzində oruc tutaraq fəaliyyət göstərən kuryer tərəfdaşlara da xüsusi diqqət ayrılıb. Şəhərin müxtəlif yerlərində onlara iftar üçün su və yüngül qidalardan ibarət paketlər təqdim olunub ki, iş zamanı vaxtında oruclarını aça bilsinlər.

Bu paketlər sadə, amma əhəmiyyətli bir mesajla təqdim olunub - "Sifarişləri çatdıranlara qayğı ilə" - bu, xidmətin fasiləsiz işləməsini təmin edən insanlara göstərilən diqqət və hörmətin ifadəsidir.

Beləliklə, "Yango Azerbaijan" Ramazan ayı ərzində həm ailələrə, həm də tərəfdaşlarına dəstək olaraq insanları bir araya gətirir və qarşılıqlı yardımın vacibliyini xatırladır.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page