top of page

“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb

  • Jul 29
  • 2 min read
The sixth week of the "YAŞAT" camp has ended

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin altıncı həftəsi iştirakçılar üçün zəngin və maarifləndirici proqramlarla yadda qalıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 12–13 yaşlı 53 şəhid övladının iştirak etdiyi düşərgədə hər gün səhər proqramı sağlam həyat tərzini təşviq edən fiziki məşqlərlə başlayıb. Şəhid övladları psixoloqlarla qrup terapiyalarında iştirak edib, “ABAD” tərəfindən təşkil olunan ustad dərslərində yaradıcılıq bacarıqlarını inkişaf etdiriblər.

Həftə ərzində iştirakçılar vəhşi təbiət fotoqrafı Saleh Baxşıyevlə görüşüblər. Görüş zamanı fotoqraf iştirakçılarla Azərbaycanın vəhşi təbiəti, təbiətdə sağqalma bacarıqları, istiqamətin müəyyən edilməsi, vəhşi heyvanların davranış xüsusiyyətləri və təbiətdə təhlükəsizlik qaydaları barədə məlumatlarını bölüşüb.

O, həmçinin uşaqlara təbiəti sevməyin və qorumağın vacibliyindən danışıb, onların suallarını cavablandırıb.

Dövlət Gömrük Komitəsinin kinoloqları ilə görüşdə iştirakçılar kinoloji xidmətin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə edib, onları maraqlandıran sualları cavablandırıblar.

Uşaqlar düşərgə müddətində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sağlam həyat” çərçivəsində səyyar idman avtomobili ətrafında yerləşən idman qurğularında idman normativlərini yerinə yetiriblər.

“Rabitəbank” tərəfindən təşkil olunan maliyyə savadlılığı təlimində iştirakçılar şəxsi büdcənin planlaşdırılması, qənaət vərdişləri və maliyyə məsuliyyəti ilə bağlı praktiki biliklər əldə ediblər.

Parkur saatı və müxtəlif əyləncə proqramları iştirakçıların fiziki fəallığının artırılmasına, komanda ruhunun möhkəmləndirilməsinə və asudə vaxtlarının səmərəli təşkilinə töhfə verib.

ASAN Radio/TV-nin təşkilati dəstəyi və tanınmış müğənnilər - Sevda Yəhyayevanın və Kazımcanın iştirakı ilə keçirilən konsert proqramı iştirakçılara xoş ovqat bəxş edib və düşərgənin yaddaqalan anlarından biri olub.

Bağlanış mərasimində “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov uşaqlarla görüşərək düşərgə ilə bağlı təəssüratlarını dinləyib və onlara uğurlar arzulayıb.

Bununla 5-ci "YAŞAT" düşərgəsinin altıncı həftəsi uğurla başa çatıb.

Tərəfdaşlar: “TABİA Group”, “Lankaran Springs Wellness Resort” Hotel

Sponsorlar: NEQSOL Holding, Bakcell, “Norm” ASC

Dəstəkçilər: Azərbaycan Hava Yolları, “Rabitəbank”, “Mətanət-A” şirkəti, “Bravo” supermarketlər şəbəkəsi, “PASHA Sığorta”, “Badamlı”, “Milla”

Media tərəfdaşları: AzTV, İTV, ASAN Radio/TV.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page