top of page

V “Cyber Summer School 2026” kiber düşərgəsi başa çatıb

  • 1 day ago
  • 1 min read
The 5th 'Cyber Summer School 2026' cyber camp has come to an end

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Mingəçevir Dövlət Universitetinin əsas tərəfdaşlığı ilə iyulun 6-dan 11-dək Mingəçevirdə keçirilən V “Cyber Summer School 2026” kiber düşərgəsinin bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində çıxış edən AKTA İdarə Heyətinin sədri Pənah Musayev və Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov düşərgənin kibertəhlükəsizlik sahəsində gənc mütəxəssislərin hazırlanmasına verdiyi töhfələrdən bəhs edərək, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Ardınca düşərgə iştirakçılarına və təşkilati prosesdə fəal iştirak edən könüllülərə sertifikatlar təqdim olunub. Eyni zamanda, düşərgənin həyata keçirilməsinə verdikləri dəstəyə görə tərəfdaş və sponsor qurumlara təşəkkürnamələr verilib.

Bağlanış mərasimində ənənəvi Capture The Flag (CTF) kibertəhlükəsizlik yarışının qalibləri də elan olunub. Yarışda ən yüksək nəticə göstərən komandaların mükafatlandırılması həyata keçirilib. Birinci yerin qaliblərinə hədiyyələr "CrowdStrike" və "Techpro" şirkətləri, ikinci yerin qaliblərinə "B&B Security" şirkəti, üçüncü yerin qaliblərinə isə "Azercell Telekom" tərəfindən təqdim olunub. Bununla yanaşı, AKTA-nın qızıl üzvü olan "Code" MMC tərəfindən düşərgə çərçivəsində keçirilən təlimlərdə yüksək nəticələri ilə fərqlənən 5 iştirakçıya və təşkilati prosesdə fəallığı ilə seçilən 2 könüllüyə ödənişsiz təlim kuponları təqdim edilib.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page