top of page

UNEC ilə PAŞA Kapital İnvestisiya Şirkəti arasında memorandum imzalanıb

2 hours ago
1 min read

A memorandum has been signed between UNEC and PASHA Capital Investment Company

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Baş İcraçı direktoru İsi Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.


UNEC rektoru professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə universitetlə real sektor arasında əməkdaşlığın və davamlı kommunikasiyanın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, UNEC ilə PAŞA Kapital arasında əməkdaşlıq tələbələrin maliyyə və kapital bazarları üzrə nəzəri biliklərini real biznes təcrübəsi ilə zənginləşdirməsinə, onların əmək bazarına hazırlığına və peşəkar inkişafına töhfə verəcək.

Müzakirələrin nəticəsi olaraq, UNEC və PAŞA Kapital İnvestisiya Şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Memorandumda UNEC-in müvafiq ixtisaslar üzrə təhsil alan tələbə və magistrantları üçün təcrübə proqramlarının təşkili, praktiki təlimlərin, seminarların, master-klassların və keçirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq çərçivəsində tələbə və məzunlar üçün karyera və iş imkanlarının yaradılması, təqaüdlərin verilməsi, müvafiq laboratoriyanın qurulması, eləcə də tələbələrin istehsalat təcrübəsinin təşkilinə dəstək göstərilməsi planlaşdırılır.

Tərəflər, həmçinin maliyyə savadlılığının artırılmasına yönəlmiş maarifləndirici tədbirlərin keçirilməsi və korporativ sosial məsuliyyət çərçivəsində birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.


 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page