top of page

“TuranBank” DOST Agentliyi ilə birgə - Şəhid övladlarını sevindirdi

  • Jun 6
  • 1 min read
"TuranBank" together with DOST Agency made the children of martyrs happy

Hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə aktiv iştirak edən “TuranBank” bu ənənəyə sadiq qalaraq “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə növbəti uğurlu layihəyə imza atıb.

Belə ki, Bank DOST Agentliyinin “Könüllü DOST” proqramının təşkilatçılığı ilə həyata keçirilən “Miras - İrsimizi Yaşadaq” layihəsi çərçivəsində şəhid övladlarının İsmayıllı rayonu və Şamaxı şəhərinə səfərinin təşkilinə maliyyə dəstəyi göstərib. Layihənin əsas məqsədi şəhidlərimizin övladlarını diqqət mərkəzində saxlamaq və onların sosial qayğı ilə əhatə olunmasını təmin etməklə yanaşı, onları Azərbaycanın zəngin mədəni, tarixi və mənəvi irsi ilə yaxından tanış etmək, onlarda milli kimlik və mənsubiyyət hissinin gücləndirilməsinə töhfə verməkdir.

İştirakçılar ilk olaraq İsmayıllı “DOST Evi” filialını ziyarət edərək rəsm, bədii oyma və xalçaçılıq üzrə ustad dərslərində iştirak ediblər. Daha sonra Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğunda uşaqlar üçün kəlağayı sənəti üzrə ustad dərsi keçirilib. Eyni zamanda layihə iştirakçıları bölgənin tarixi-mədəni məkanlarına səfər edib, milli-mənəvi dəyərlərimizi əks etdirən nümunələrlə yaxından tanış olmaq imkanı əldə ediblər.

Ustad dərslərini uğurla tamamlayan iştirakçılara motivasiya xarakterli xüsusi “Miras pasportu” təqdim olunub.

Layihə çərçivəsində həmçinin Şamaxı Astrofizika Rəsədxanasına infotur təşkil olunub. Burada şəhid övladlarına astronomiya elmi, kosmik tədqiqatlar və rəsədxananın fəaliyyəti barədə ətraflı məlumat verilib. Sonda uşaqlara müxtəlif bayram hədiyyələri təqdim olunub.

Qeyd edək ki, “TuranBank” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bank bundan sonra da şəhidlərimizin ailə üzvlərinə, o cümlədən gələcəyimiz olan uşaqlara dəstək layihələr edərək onların üzündə təbəssüm yaratmağa davam edəcək.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page