SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

Korporativ sosial məsuliyyət prinsiplərinə xüsusi önəm verən SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində sosial təşəbbüs həyata keçirib.
Təşəbbüs çərçivəsində aztəminatlı ahıllar ziyarət olunub, onlara sovqatlar təqdim edilib, xoş və səmimi görüşlər keçirilib. Tədbirin əsas məqsədi ahıllara mənəvi dəstək olmaq, onlara göstərilən diqqət və qayğını hiss etdirmək, eyni zamanda, cəmiyyətdə həmrəylik və humanizm dəyərlərinin təşviqinə töhfə vermək olub.
Görüş zamanı qurumun İctimaiyyətlə əlaqələr və layihələrin idarəedilməsi şöbəsinin rəhbəri Günel Rəhimova əvvəlcə SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsinin rəhbərliyinin ahıllara salamlarını və təbriklərini çatdırıb. O, ahılların cəmiyyət üçün xüsusi dəyər daşıdıqlarını qeyd edərək bildirib ki, onların həyat yolu, təcrübəsi, müdrikliyi və ailə dəyərlərinin formalaşmasında rolu gələcək nəsillər üçün mühüm örnəkdir. “Ölkəmizdə ahıllara diqqət və qayğı yalnız əlamətdar günlərlə məhdudlaşmır, onların sosial rifahının və layiqli həyat şəraitinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılır”, - deyə G.Rəhimova xüsusi vurğulayıb.
Görüş zamanı səmimi söhbətlər aparılıb, ahılların həyat hekayələri və xatirələri dinlənilib. Səmimi ünsiyyət və göstərilən diqqət görüşün xüsusi ab-hava ilə keçməsinə səbəb olub. Ahılların sevinci və məmnunluğu onların üzlərindəki təbəssümdən hiss olunub. Onlar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, bu cür görüşlərin ahıllar üçün mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını qeyd ediblər.
Sonda iştirakçılarla xatirə şəkilləri çəkdirilib. Səmimi ünsiyyət, xoş təbəssümlər və birlikdə keçirilən anlar görüşün ən yaddaqalan məqamlarına çevrilib.
Bu təşəbbüs bir daha göstərib ki, insana verilən dəyər, göstərilən qayğı və səmimi münasibət cəmiyyətin mənəvi gücünü formalaşdıran əsas amillərdəndir. SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi sosial məsuliyyət istiqamətində həyata keçirdiyi layihələrlə cəmiyyətə fayda verməyi, milli-mənəvi dəyərlərə və humanizm prinsiplərinə əsaslanan təşəbbüsləri dəstəkləməyi bundan sonra da davam etdirəcək. Çünki sevgi paylaşdıqca artır, həmrəylik gücləndikcə cəmiyyət daha da sağlam olur!
SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi fəaliyyətə başladığı ilk gündən etibarən sosial məsuliyyət, humanizm, həmrəylik və milli-mənəvi dəyərlərə bağlılıq prinsiplərinə xüsusi önəm verir. Cəmiyyətə fayda yaratmaq, insan amilini fəaliyyətinin əsas dəyərlərindən biri kimi qəbul etmək və sosial rifahın dəstəklənməsinə töhfə vermək şirkətin korporativ dəyərləri sırasında xüsusi yer tutur. Ahıllara göstərilən diqqət və qayğı da bu yanaşmanın mühüm istiqamətlərindən biridir. Bu sahədə örnək təşkil edən təşəbbüslər vasitəsilə ahılların mənəvi rifahına dəstək olmaq, onların özlərini cəmiyyətin dəyərli və ayrılmaz hissəsi kimi hiss etmələrinə töhfə vermək Tibb Mərkəzinin qarşıya qoyduğu əsas məqsədlərdəndir.




Comments