top of page

“Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

18 hours ago
1 min read
Rabitabank has implemented its latest environmental protection initiative

“Rabitəbank” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ətraf mühitin qorunması və ekoloji maarifləndirmənin təşviqi istiqamətində növbəti təşəbbüsünü həyata keçirib.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təmiz ölkəm” devizi altında Xəzər dənizinin Şüvəlan sahilində təşkil olunan təmizlik aksiyası çərçivəsində sahilboyu ərazilər müxtəlif növ məişət tullantılarından təmizlənib. Ümumilikdə, 150 kiloqramdan artıq tullantı toplanaraq çeşidlənməsi və utilizasiyası üçün aidiyyəti üzrə təhvil verilib.

Təşəbbüsün əsas məqsədi Xəzər dənizinin sahilboyu ərazilərinin təmizliyinə töhfə vermək, ekosistemin qorunmasına diqqəti artırmaq, həmçinin ətraf mühitə məsuliyyətli yanaşmanın cəmiyyətdə daha geniş təşviqinə dəstək göstərmək olub.

“Rabitəbank” ekoloji məsuliyyəti korporativ sosial məsuliyyət strategiyasının mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bank mütəmadi olaraq ətraf mühitin mühafizəsinə, ekoloji maarifləndirmənin artırılmasına və dayanıqlı inkişaf prinsiplərinin təşviqinə yönələn sosial təşəbbüslər həyata keçirir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page