top of page

“Rabitəbank” və “Ofisait” mağazalar şəbəkəsindən yeni dərs ilinə “Nəhəng qayıdış” - 7 faizədək keşbek, 6 ayadək faizsiz taksit

  • 15 hours ago
  • 2 min read
“Rabitabank” and “Ofisait” store chain launch “Great Return” campaign for the new school year — up to 7% cashback and interest-free installments for up to 6 months

Yeni dərs ili ərəfəsində ailələrin artan məktəb xərclərini daha çevik idarə etməsinə dəstək olmaq məqsədilə “Rabitəbank” və “Ofisait” mağazalar şəbəkəsi “Nəhəng qayıdış” kampaniyasına start verib.

Kampaniya məktəb üçün zəruri alış-verişləri bir dəfəyə qarşılamaq, ödəniş yükünü isə növbəti aylara bölmək imkanı yaratmaqla valideynlərə əlavə maliyyə rahatlığı təqdim edir.

2026-cı il 25 avqust-30 sentyabr tarixlərini əhatə edən kampaniya çərçivəsində “Ofisait” mağazalarında “Rabitəbank”ın “Kartmane Taksit” kartı ilə alış-veriş edən müştərilər 7 faizədək keşbek əldə edə biləcəklər. Bununla yanaşı, “Kartmane Taksit” kartı ilə edilən alış-verişləri 6 ayadək faizsiz taksitə bölmək mümkündür.

Beləliklə, kampaniya məktəbə hazırlıq dövrünün əsas ehtiyaclarını vahid alış-veriş çərçivəsində qarşılamaqla yanaşı, xərclərin ailə büdcəsinə təsirini daha balanslı şəkildə bölüşdürməyə şərait yaradır. Valideynlər yeni tədris ili üçün tələb olunan məhsulları indi əldə edib ödənişlərini növbəti aylara keçirə, eyni zamanda, alış-verişdən əlavə keşbek qazana bilərlər.

Kampaniya paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Xırdalan, Gəncə, Tovuz, Qazax, Şamaxı, Mingəçevir, Şəmkir, Göyçay, Ağdaş, İsmayıllı, Bərdə və Xankəndidə yerləşən “Ofisait” mağazaları daxil olmaqla, şəbəkənin 40-dan çox satış nöqtəsində keçərlidir. Bu isə kampaniyanın təqdim etdiyi üstünlüklərdən həm paytaxtda, həm də regionlarda yaşayan müştərilərin yararlanmasına şərait yaradır.

“Rabitəbank Kartmane” ilə gündəlik maliyyə ehtiyaclarına uyğun həllər təqdim etməklə müştərilərinin xərclərini daha çevik idarə etməsinə dəstək göstərir. “Nəhəng qayıdış” kampaniyası da yeni dərs ili ərəfəsində faizsiz taksit və keşbek üstünlüklərini bir araya gətirərək məktəb alış-verişinin maliyyə yükünü daha rahat idarə olunan formaya çevirməyi hədəfləyir.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə “Rabitəbank” müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page