“Rabitəbank” Qurban bayramında Qarabağda yaşayan şəhid və qazi ailələrini ziyarət edib
- 2 hours ago
- 1 min read

“Rabitəbank” ASC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində müqəddəs Qurban bayramı münasibətilə Qarabağ bölgəsində yaşayan şəhid və qazi ailələri üçün sosial dəstək aksiyası həyata keçirib.
Bankın təşəbbüsü, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və yerli icra hakimiyyəti orqanlarının təşkilati dəstəyi ilə gerçəkləşən layihə çərçivəsində Bank tərəfindən həyata keçirilən sosial dəstək aksiyası ilə Şuşa, Xankəndi şəhərləri və Xocalı rayonunda yaşayan 100-dən çox şəhid və qazi ailəsi əhatə olunub. Qurban bayramı münasibətilə ailələr ziyarət edilib, onlara Qurban payları paylanıb.
Qarabağ bölgəsində həyata keçirilən bu aksiya həm də bayram günlərində birlik və paylaşma ənənələrinin yaşadılması, şəhid və qazi ailələrinin yanında olunduğunun hiss etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bank nümayəndələri tərəfindən ailələrlə səmimi görüşlər keçirilib, onların gündəlik qayğıları dinlənilib və bayram münasibətilə xoş arzular çatdırılıb.
Qeyd edək ki, “Rabitəbank” ASC sosial məsuliyyət strategiyası çərçivəsində mütəmadi olaraq şəhid ailələri, qazilər, həssas sosial qruplar və regionlarda yaşayan vətəndaşlara dəstək yönümlü layihələr həyata keçirir.
Source of the news: https://azertag.az/xeber/__rabitebank_qurban_bayraminda_qarabagda_yasayan_sehid_ve_qazi_ailelerini_ziyaret_edib-4226967




Comments